|
• DünyadaƏ.Davudoğlu:İstanbuldakı terror aktını törədən şəxs İŞİD üzvüdürİstanbulda terror hücumunu törədən İŞİD terror təşkilatının üzvü olan əcnəbidir. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barə "Anadolu” agentliyi məlumat yayıb.Məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib: "Hücumu təşkil edən İŞİD üzvüdür. Bu terror təşkilatına qarşı mübarizəmiz bundan sonra da qətiyyətli şəkildə davam edəcək. Bütün terror təşkilatlarına qarşı mövqeyimiz eynidir. Hansı xalqa, məzhəb ya da dinə sahib olur-olsun, terror törədən hər kəs insanlığa qarşı günah işləmiş sayılır." Bildirək ki, rəsmi açıqlamalara görə, terror hadisəsini 1988-ci il sentyabrın 5-də anadan olmuş Səudiyyədə olmuş və Türkəyəyə Suriyadan gəlmiş İŞİD qruplaşmasının üzvü Nabil Fadlinin törədib. Qeyd edək ki, ki, Ötən gün İstanbulun tarixi Sultanahmet meydanındakı Alman çeşməsinin yanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Ölənlərdən doqquzu Almaniya vətəndaşıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2016 11:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |