|
• DünyadaPakistan şiələri ilə bir yerdə şəhid olmağa hazıramQum Elm Hövzəsinin pakistanlı alimləri və tələbələrindən bir dəstəsi Ayətullahul-Üzma Şeyx Safi Gülpəyqani ilə görüşüblər. Ayətullah Safi Gülpəyqani görüşdə Pakistanda şiələrin hər an təhlükə ilə üzbəüz qalmalarına işarə edərək deyib ki, əgər bilsəm ki, Pakistana getməyimdə və oradakı şiələrlə bir yerdə şəhid olmağımda pakistanlı şiələrin işlərində irəliləyiş olacaqdır, Allah şahiddir ki, səmimi qəlbdən deyirəm ki, buna hazıram. Ölümün bütün insanları haqlayacağını deyən mərcei-təqlid deyib ki, bu dünyadan şəhadətlə köçməkdən gözəl nə ola bilər ki? Hər bir yaxşılıqdan və yaxşı əməldən üstün yaxşılıq və yaxşı əməl vardır. Amma şəhadətdən üstün bir şey yoxdur. Bircə siz deyin ki, Pakistanda olmağımda fayda var və mən dərhal Küveytəyə gəlim. Bu gün Pakistan şiələrinin böyük bir sınaq yaşadıqlarını bildirən Ayətullah Gülpəyqani deyib ki, pakistanlı şiələr əmin olsunlar ki, düşmənlərin bütün planları tezliklə alt-üst olacaqdır. Və bilin ki, sizin qarşılaşdığınız sınaq və imtahanlar keçmişdə müsəlmanların qarşılaşdıqları sınaq və imtahanlardan üstündür. Vahhabiliyin nəinki şiələrin eyni zamanda bütünlüklə Pakistanın düşməni olduğunu bildirən mərcei-təqlid son zamanlar onların tənəzzül etdiklərini bildirib. O deyib ki, artıq müsəlmanlar anlayırlar ki, onlar tövhid və İslam dəvətçisi yox, xarici qüvvələrin nökərləridirlər. Mərcei-təqlid bildirib ki, ilk əvvəl ingilislərin əli ilə yaradılmış vahhabilik bu gün Amerikanın nökəridir. Şiə hər yerdə şiədir deyən Ayətullah Safi Gülpəyqani bildirib ki, tək Küveytədə deyil, digər məntəqələrdə də şiələrin başına gətirilən müsibətlərə şərik olmalıyıq. Sonda təkcə dildə məhkum etməklə iş bitmir deyən Şeyx Safi əməıli fəaliyyət göstərməyə səsləyib və İran hökümətini bu işlə ciddi məşğul olmağa dəvət edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2011 18:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |