إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hərbi geyimli terrorçular Bağdad yaxınlığında iki məsciddə partlayış törədib,onlarla binaya maddi ziyan dəyib

İraq paytaxtının cənubunda kimlikləri məlum olmayan hərbi geyimli iki qrup iki məsciddə hucum edərək kustar üsulla hazırlanmış partlayıcı qurğular vastəsi ilə partlayışlar törədib - Yaxınlıqda olan onlarla binaya maddi ziyan dəyib.

Ahlibeyt.az-ın vesti.ru -ya istinadən məlumatına görə,Bağdadın cənubunda yerləşən Hilla bölgəsində hərbi geyimli terrorçular ərazidə yerləşən  əsasən sünnü təriqət üzvlərinin toplandığı məscidə hucum həyata keçiriblər.

Hucumdan dərhal sonra əraziyə gələn polis və mütəxəssislər bildirmişlər ki,hucum edənlərin hərbi geyimli olmasına baxmayaraq istifadə etdikləri partlayıcılar kustar üsulla hazırlanıb və bu onların terror qruplaşması üzvləri olduğu qənaətinə gəlinməsinə əsas verir.

Agentliyin bildirdiyinə görə,Bağdad yaxınlığında bir sünnü məscidi müəzzinə öz evi yaxınlığında naməlum şəxslər tərəfindən hücum edilərək qətlə yetuirilib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Yanvar, 2016  14:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!