إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı və Türkiyə Birgə Strateji Şura yaradır

Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şuranın yaradılmasına dair razılıq əldə olunub.

Ahlibeyt.az-ın  Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti agentliyinin məlumatında  bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ər Riyadda keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Birgə Strateji Şuranın yaradılmasını müzakirə edib.  Strateji Şuranın yaradılması Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərində uğurlu irəliləyişə nail olmağa imkan yaradacaq”, deyə Adil əl Cubeyr qeyd edib.

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 29-da Ər Riyada ikigünlük səfərə gəlib. Danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2015  12:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!