إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD və digər təkfirçi-terror qruplaşmaları Məhəmməd peyğəmbərin(s) mövludunun qeyd olunmasını qadağan edib

İŞİD terror təşkilatının üzvləri ələ keçirdikləri ərazilərdə Məhəmməd peyğəmbərin (s) mövludu gününün qeyd olunmasını qadağan ediblər

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə lifenews.ru məlumat yayıb.Xəbərə görə, eyni tələblə Qərbin terrorçu kimi tanıdığı digər qruplaşmaların - “Ceyş əl-islam” və “Əhraraş-Şam”ın üzvləri də çıxış ediblər.

"Onlar terrorizmlərinə islamın bəzədilmiş libasını geyindiriblər. Quldurluqlarını bütün Şam və İraq ərazisinə yayırlar. Ərəb və islam dünyasının ürəyi olan Suriyanı dağıtmaqla islamın özündən azad olurlar. Onların xəyalları primitivdir, öz tarixlərinə malik deyillər, heç malik də olmayacaqlar.", - Suriyanın islam məsələləri üzrə naziri Əbdül Satar Assayed terrorçuların qadağasını belə şərh edib.

Bildirək ki, Suriyanın hökumətin nəzarəti altında olan bütün şəhərlərində Peyğəmbərin (s) mövludu həm sünnilər, həm də şiələr tərəfindən qeyd edilir. Bu il ölkədəki müharibə səbəbilə təntənəli bayram tədbirləri keçirilməyib, tədbirlər yalnız dini ayinlərlə məhdudlaşıb. Lakin prezident Bəşər Əsədin ailəsi ənənəyə uyğun olaraq, məscidi ziyarət edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2015  15:34 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!