إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman əleyhinə kampaniya aparan Vilders mühakimə olunacaq

Hollandiya Azadlıqlar Partiyası lideri Gert Vilders bu ölkədə yaşayan mərakeşlilərə qarşı işlətdiyi ifadələrinə görə 18 mart 2016-cı ildə mühakimə olunacaq

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Haaqa Məhkəməsindən bildiriblər ki, cinayət işinin aparılmasına təhlükəsizlik səbəbilə Badhoevedorptakı ədliyyə tədris korpusunda başlanacaq.

Haaqa Prokurorluğu, keçən il əleyhinə çoxsaylı şikayət ərizəsi verilən Vildersin, "Bir qrupa qarşı irq əsasında ayrı-seçkilik aparmaq, təhqir və ədavəti qızışdırmaq" ittihamı ilə mühakimə olunmasına qərar vermişdi.

PVV liderinə qarşı məhkəmə prosesi 19 mart 2014-ci il tarixində keçirilən bələdiyyə seçkiləri zamanı verdiyi bəyanatlardan sonra başlamışdı.

Vilders seçki nəticələrinin qiymətləndirildiyi toplantıda partiya üzvlərinə, "Bu şəhərdə və Hollandiyada çoxmu, azmı mərakeşli" sualını ünvanlamış, sonra aldığı "az, az" cavabına, "Vacib olanı edərik" açıqlamasını vermişdi.


Vilders əleyhinə ərziə verənlərin sayının 6 mindən çox olduğu bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2015  14:59 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!