إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanlı tələbənin təşkilatçılığı ilə İmam Hüseyn(ə) dünyanın müxtəlif universitetlərində anılıb

"Ərbəin" mərasimi ilə əlaqədar dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin təşəbbüsü ilə müəllim və tələbələrə İmam Hüseyn(ə) haqqında məktub, su və müxtəlif şirniyyatlar paylanılıb

Ahlibeyt.az-ın İnteraz-a istinadən verdiyi xəbərə görə, İslam peyğəmbərinin sevimli nəvəsi Həzrət İmam Hüseynin(ə) "Ərbəin" mərasimi ilə əlaqədar dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin təşəbbüsü ilə müəllim və tələbələrə İmam Hüseyn(ə) haqqında məktub, su və müxtəlif şirniyyatlar paylanılıb.

 

Layihənin ideya müəllifi və təşkilatçısı azərbaycanlı tələbə Adil Dərvişov fikirlərini aşağıdakı sözlərlə ifadə edib:

"Ətraf mühitlə yanaşı, mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada belə layihələrə böyük ehtiyac var. Müxtəlif millət, din və məzhəblərdən olan tələbələrlə bir araya gələrək akademik mühitdə Həzrəti İmam Hüseyni və şəhid olduğu Kərbəlanı tanıtmağa səy göstərdik.

Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Aksiyamıza qoşulan tələbə-gənclərlə yanaşı iştirakçıların tapılmasında müxtəlif məzhəblərə aid insanların da rolu böyük olmuşdur. Şükürlər olsun ki, bu işi görmək şərəfinə nail olduq."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2015  17:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!