إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədən Suriyaya yardım aparan karvan vurulub, çoxlu sayda ölən və yaralanan var(Foto)

Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı Kilisdən Suriyaya girəndən sonra sərhəddə vurulub.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu barədə Reuters agentliyinin  verdiyi xəbərdə bildirilir ki, yardım daşıyan TIR-lar havadan hücuma məruz qalıb.

Türkiyənin Anadolu Agentliyi isə hücum nəticəsində 7 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını, 20 TIR-ın isə yandığını bildirib.

Yerli mənbələr bildirib ki, hücum rus təyyarələri tərəfdən edilib: “Ruslar humanitar yardım daşıyan TIR-lara hücum etdi. Hücum nəticəsində 20 TIR yandı, çoxlu sayda maşın da yararsız hala düşdü” deyə xəbərdə qeyd olunub.

Suriyadakı müxalif qruplardan olan Şam Cəbhəsinin sahə komandiri Zekeriya Karslı da  yardım TIR-larına Rusiyanın hərbi təyyarələrinin hücum etdiyini bildirib.

Humanitar yardım karvanının koordionatoru Mustafa Özbek yanğını söndürməyə çalışdıqlarını deyib. O, yardım karvanına kimin hücum etdiyini bilmədiyini deyib.

Türkiyənin rəsmi qurumları hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Qeyd edək ki,bəzi xəbər agentliklərinin karvanın Rusiya HHQ(Hərbi hava qüvvələri)tərəfindən hucuma qaldığı TIR-larda hərbi təyinatlı yüklərin olduğu və karvanın Suriya ərazisində fəaliyyət göstərən terror qruplarına göndərilməsi nəzərdə tutulduğu bildirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015  08:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!