|
• DünyadaAyətullah Nuri Həmədani: “Paris hadisəsi Qərbin terrora verdiyi dəstəyinin bəhrəsidir”İranın Qum hövzəsinin mərceyi-təqlidlərindən olan Ayətullah Nuri Həmədani dünən verdiyi açıqlama zamanı Fransanın paytaxtı Parisdə yaşanan terror hücumunu qərbin terrora verdiyi dəstəyin nəticəsi kimi qiymətləndirib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.az İRİB-ə istinadən xəbər verir ki, Parisdə baş verən terror hadisəsini qınayan Ayətullah Nuri Həmədani bu gün dünyanın üz-üzə qaldığı problemlərin əksəriyyətinin başda Amerika olmaqla qərb ölkələrinin terrora verdiyi dəstəkdən qaynaqlandığını bildirib. Ayətullah Həmədani dünyadakı bəzi qüvvələrin islama zərbə vurmaq məqsədilə terrorçu qruplar yaradıb, özlərini terror təhlükəsindən uzaq tuta biləcəklərini düşünməklə yanlışlığa yol verdiklərini, bu kimi terror qruplaşmalarının əvvəl-axır özləri üçün də bəlaya çeviriləcəyini bilməli olduqlarını deyib. Din alimi öz açıqlamasında -“Fransa kimi qərb ölkələri indiyə qədər terrorçulara dəstək verməsəydi, İraq və Suriya xalqları və hökumətləri İŞİD-i çoxdan kökündən məhv edəcəkdi”, - deyə qeyd edib. İslam ümmətini birliyə, oynanan oyun qarşısında diqqətli olmağa çağıran Ayətullah Həmədani islam ölkələri və müsəlmanların ancaq vəhdət çərçivəsində izzət tapa biləcəklərini vurğulayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2015 15:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |