إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ sədri Allahşükür Paşazadə Rusiyaya gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ mətbuat xidmətinin məlumatında bildirilir ki,QMİ sədri Ufa şəhərində 22-23 oktyabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edəcək.

MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A. Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2015  18:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!