|
• Mənəviyyat • MəhərrəmMəhərrəm əzadarlıq ayıdır
Qəməri təqvimi ilə Məhərrəm ayı daxil olub. Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Qarşıdan Səfər ayı gəlir. Məhərrəm-Səfər ayları Əhli-beytin (ə) əza günləri kimi qeyd olunur.
Qəməri təqvimi ilə Məhərrəm ayı daxil olub. Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Qarşıdan Səfər ayı gəlir. Məhərrəm-Səfər ayları Əhli-beytin (ə) əza günləri kimi qeyd olunur.
Rəvayətdə buyurulur:"Hər il Məhərrəm ayının ilk günündən aşura gününədək şəhidlər ağası imam Hüseynin (ə) parça-parça olmuş köynəyini Allahın ərşindən asılar və bütün aləmi qəm bürüyər".
Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.
İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar.14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə(ə) əzadarlıqla mübarizə aparırlar lakin heç bir nəticə əldə edə bilmirlər. Nə qədər də qəribə görünsədə, adi əzadarlıq, göz yaşları İslam müxaliflərinin əsas hədəfinə çevirilib.
Əhli-Beyt(ə) davamçılarının əsas xüsusiyyətlərindən biri İmam Hüseynə(ə) hər il təziyə saxlamaqdır. Əzadarlıq İslam, xüsusən Azərbaycan, mədəniyyətinin ayrılmaz bir hissəsidir. Böyük şairlərimiz Kərbəla hadisəsini vəsf etmiş, mərsiyələr yazmış, Aşura günü insanlar şəbih qurar və bu şəbihlərdə iştirak edən mərsiyəxanlar muğamın inkişafına böyük töhfələr vermişlər. Keçmiş sovetlərin dövründə belə xalqımız İslama sədaqətini göstərmək üçün Məhərrəm ayında əyləncələrdən çəkinər, imkan daxilində əzadarlıq məclisləri qurardılar. Əzadarlıq özlüyündə bir mədəniyyət olmaqla yanaşı ictimai bir fəaliyyətdir.
İmam Hüseynin(ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlıq bu faciənin baş vermə səbəblərinin unudulmamasında xüsusi əhəmiyyətə malikdir. Xacə Nəsirəddin Tusi buyurur: Əgər İmamlardan(ə) göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin(ə) timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi. Ancaq həm Peyğəmbər(s) özü həm İmamlar(ə) təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar.
Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər(ə) İmam Hüseynə(ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin(s) İmam Hüseyn(ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını Peyğəmbər(s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi.
Hədislərin birində deyilir ki, Cəbrayıl(ə) Peyğəmbərə(s) nazil olaraq ona bir ovuc torpaq verir. Peyğəmbər(s) bu torpağın haradan gətirildiyini soruşduqda Allahın vəhy məleykəsi bunun Kərbəla çölündən gətirdiyini və onun nəvəsi İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını deyir. Bu xəbərdən ağlayan Peyğəmbər(s) həmin torpağı xanımı Ümmü Sələməyə(s.ə) verir və deyir ki, bu torpaq qana bulaşsa Hüseynin(ə) şəhid olduğunu bilsin. Bu hadisənin üstündən bir neçə il ötdükdən sonra Aşura günü Ümmü Sələmə(s.ə) Peyğəmbərin(s) verdiyi torpağın qana bulaşdığını görür və küçəyə çıxıb fəryad edir.
Hər il Məhərrəm ayında əza saxlayan hər kəs sanki İmamın(ə) yardım çağırışına müsbət cavab vermiş olur. İmam Hüseyn(ə) haqqın təcəllası olduğu kimi Kərbəla qatilləri də batilin təcəssümüdür.
İmama(ə) göz yaşı axıdıb Əhlibeyt(ə) düşmənlərinə nifrət edən hər kəs əslində haqqın əzilməsinə ağlayıb zülmə etirazını bildirir. İmam Hüseynə(ə) görə axıdılan göz yaşı həm haqqa məhəbbət həm də batilə etirazdır. Kərbəla qiyamı ictimai bir hadisədir. Lakin onun məqsədi insanların daxilində mənəvi inqilab yaratmaqdır. İmam Hüseynə(ə) əzadarlıq həm cəmiyyətin ictimai şüurunun oyanması həm də ayrı-ayrı fərdlərin mənəvi islahına xidmət edir. Bəzi insanlar İmam Hüseynin(ə) faciəsinə böyük bir tarixi hadisə kimi deyil, özlərinin şəxsi dərdi kimi baxırlar.
Kərbəla hadisəsindən danışarkən, sanki onların özlərindən danışırlar. Hər hansı bir tədbirdə İmam Hüseyn(ə) faciəsi təfərrüatı ilə və düzgün şəkildə təhlil oluna bilər, lakin bu təhlillər insanın düşüncəsinə yol tapsa da qəlblərə yol tapa bilməsi suallar doğurur. Əza saxlayan şəxs isə hissi baxımdan İmam Hüseynə(ə) bağlanır və xəyalən özünü Kərbəlada hiss edir. Eyni zamanda bu hadisənin ictimai əhəmiyyətini anlayır.
İmam Hüseynə(ə) axıdılan göz yaşları qəsavət, etinasızlıq, təkəbbür kimi qəlbi xəstəliklərə şəfa verir, insanın mənəviyyatını saflaşdırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2022 09:20 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |