إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

Riyaddan iranlı zəvvarlara qarşı hörmətsizlik olacağı təqdirdə onlara kəskin və ağır cavab veriləcək

İran İslam Respublikasının ali dini lideri Əli Xameneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq edib - Ali dini lider rəsmi Riyaddan iranlı zəvvarlara qarşı hər hansı bir hörmətsizlik olacağı təqdirdə onlara kəskin və ağır cavab veriləcəyini bildirib.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,Ayətullah Xameneyi həmçinin Mina faciəsinin araşdırılması ilə bağlı İranın da iştirak edəcəyi araşdırma komissiyası qurulmasını tələb edir. “Faciənin baş verməsinə görə, indilik mühakiməsiz qərar vermirik. Amma ölkə rəhbərliyinin zərərçəkmişlər üçün öz üstünə düşən vəzifəni yerinə yetirmədiyinə inanırıq”.

Səudiyyə Ərəbistanının dünyasını dəyişən zəvvarlar üçün öhdəliklərini yerinə yetirmədiyini deyən Xamneyi İranın İslam əxlaqı və qardaşlıq hüququna görə, indiyə qədər soyuqqanlı hərəkət etdiyini deyib.

Minada izdiham faciəsi zamanı 239 iranlı zəvvarın dünyasını dəyişdiyini, 241 nəfərdən isə hələ də xəbər alınmadığını deyən rəsmi Tehran ötən gün növbəti dəfə Səudiyyə Ərəbistanının Tehran səfirliyindəki nümayəndəsini Xarici İşlər Nazirliyinə dəvət edib. Səud nümayəndəsi bundan əvvəl 3 dəfə XİN-ə dəvət olunub.

Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı.

Bundan sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi.

Başda İran olmaqla əksər müsəlman ölkəsi yaşananlara görə Səud ailəsini səriştəsizlikdə ittiham etmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2015  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!