إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirdə "İmam Hüseyn(ə), şəhidin inqilabı" adlı tamaşa səhnəyə qoyulacaq

"Əhli-Beyt(ə) qüvvələri" cəmiyyətinin sədri, Misir şiələrinin liderlərndən olan ət-Tahir əl-Haşimi "İmam Hüseyn(ə), şəhidin inqilabı"adlı teatr tamaşasının yaxın zamanlarda səhnəyə qoyulacağını bildirib.

əl-Haşimi deyib ki, Misirin məşhur dramaturqlarından olan Əbdür-Rəhman əl-Şərqavinin əsəri əsasında səhnələşdirilən tamaşa, İmam Hüseynin(ə) qiyamının həqiqətini misirlilərə bəyan etmək məqsədi daşıyır.

O həmçinin bildirib ki, tamaşanın səhnələşdirilməsindən digər məqsəd bir müddət öncə bəzi ərəb televiziya kanalları ilə nümayiş etdirilən "Müaviyə, Həsən və Hüseyn" serialına bir növ cavabdır. Çünki həmin serialda tarix təhrif edilmiş və İmam Hüseynin(ə) qiyamının əsl mahiyyəti gizli saxlanılmışdır. Bu tamaşa isə Aşura qiyamının əvvəlindən axırınadək kimi olan tarixi hadisələri düzgün şəkildə misirlilərə tanıtdıracaqdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2011  17:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!