إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İQNA("Beynəlxalq Quran Xəbər Agentliyi)nın Moskva şöbəsi yaradılır

İQNA-nın( International Quran News Agency-Beynəlxalq Quran Xəbər Agentliyi) Moskva şöbəsi yaradılacaq və rusiyalı ruhanilərlə həmkarlıq edəcək

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Rusiya Müftilər şurasının üzvləri,ruhanilər və islam yönümlü mətbuat nümayəndələri İQNA-nın baş redaktoru Həmid Sabirfərzam ilə müştərək iclasında qərara alınıb ki, "Beynəlxalq Quran Xəbər Agentliyi"nin Moskva şöbəsi açıldıqdan sonra, İQNA Quran xəbərlərinin yayılmasında rusiyalı müsəlman ilahiyyatçılarla həmkarlıq etsin.

"Medianın Quran mədəniyyətinin yayılmasında rolu" devizi altında müştərək iclasda İranın Moskvadakı mədəniyyət idarəsinin nümayəndəsi, beynəlxalq dərəcəli Quran qarisi Rəhim Xaki və rusiyalı dini mübəlliğlərdən 15 nəfəri də iştirak etmişlər.

Toplantıda medianın Quran mədəniyyəti və dini maarifin yayılmasında rolundan, virtual aləmin təbliğdəki təsirindən və digər mövzularda müzakirələr aparılmışdır.

İclasda qərara alınmışdır ki, İQNA və Rusiyada fəaliyyət göstərən dini səpkili mətbuatın, əsasən  Quran xəbərlərinin yayılmasında həmkarlıq etsinlər. Həmçinin İQNA – nın Moskvada şöbəsinin yaradılması məsələsi də razılaşdırılmışdır.

İQNA-nın mütəxəssisləri rusiyalı həmkarlarına mətbuatın imkanları, İran universitetlərinin Quran fəaalarının tərcübələri,jurnalistika sirləri və ictimai şəbəkələrdə işləmək üçün təlim kursları da keçiriləcəkdir.

Bundan əlavə rusiyalı həmakarlarının fəaliyyətləri İQNA tərəfindən mətbuata çıxarılacaq və mediada yayımlanacaqdır.

Qeyd edək ki, İQNA ilk Beynəlxalq Quran Xəbər Agentliyidir ki, 12 il öncədən fəaliyyətə başlamış və hazırda 42 dildə yayımlanır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2015  16:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!