إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həzrəti Məhəmməd (s) filminin premyerası Monreal Dünya film Festivalında - Video

İranlı rejissor və ssenarist Məcid Məcidinin Həzrəti Məhəmməd haqqında çəkdiyi «Məhəmməd» filminin premyerası 36-cı Monreal Dünya Film Festivalında nümayiş olunacaq

Ahlibeyt.az-ın məlumatına görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərdə bildirilir ki, avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib.

Peyğəmbərin uşaqlıq həyatından bəhs edən filmi İran və Türkiyə kino mütəxəssisləri ekranlaşdırıb.

Filmin görüntü rejissoru italiyalı Vittorio Storaro-dur. Ümumi büdcəsi 30 milyon dollar olan filmdə animasiya və aksiyon səhnələrdən istifadə edilib.

Filmdə peyğəmbər yalnız arxadan çəkilib, gecə və gündüz səhnələrində Məkkəvə Mədinə şəhərləri də yer alıb.

Filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015  09:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!