إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD rəhmət ayı olan mübarək Ramazanı terror ayına çevirib

İŞİD terror təşkilatı Allaha yaxınlaşma, itaət və xeyirxahlıq ayı olan Ramazan ayında terror hücumlarının sayını artırıb.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, keçən həftənin cümə günüdən bəri üç qitədə 60 nəfərdən çox insan qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Adətən Ramazan ayında "cihadçılar" terror hücumlarını artırır və onlar bu il də həyata keçirəcəkləri hücumların siyahısını hazırlayıb. Qrup Küveytdə şiə məscidində onlarla insanın ölümü və yüzlərlə insanın yaralanması ilə keçən həftənin cümə günü isə Tunisdə iki mehmanxanada çoxu qərbli turist olmaqla, 37 nəfərin ölümü ilə nəticələnmiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Dünya təhlilçilərinin sözlərinə görə, terrorçular Ramazan ayında daha böyük hücumlar həyata keçirməyi əməliyyat baxımından üstün sayır. Adətən belə hücumlar arasında bir neçə saat fərq olur. Qərbin təhlükəsizlik rəsmiləri deyirlər ki, hücumçular arasında əgər həqiqətən də əlaqə varsa, koordinasiya səviyyəsi və hücumların İŞİD qrupu tərəfindən planlaşdırılıb-planlaşdırılmadığı aydın deyil. Lakin müstəqil təhlilçilər aralarında bir neçə saat fərqlə baş vermiş son üç hücumun təsadüf olmadığını deyirlər.

Tunisin təhlükəsizlik rəsmiləri isə hücumlarda yerli terrorçu qruplardan hansının əli olduğunu müəyyən etməyə çalışır. Artıq bununla bağlı bir neçə həbs həyata keçirilib.

Reuters xəbər verir ki, Yəmənin paytaxtı Sanada da partlayış nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu partlayışı da İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Yəmən ordusu Ali-Səudun cinayətlərinə reaksiyada Ərəbistanın Ər-Riyad vilayətində bir raket bazasını Skad raketi ilə hədəfə alıb.

Suriya və İraqda xilafət elan edən İŞİD terror qrupu son həftələr Türkiyə ilə sərhəddə Suriyanın mühüm şəhərinin, mühüm hərbi bazanın və İŞİD-in defakto paytaxtı hesab edilən Raqqanın 50 km-liyindəki bir neçə kəndin nəzarətini əldən verib.

Bu itkilərə qrupun cavabı Şimali Afrika, Avropa və Körfəzdə hücumlardan əvvəl Suriyanın özündə daha şiddətli oldu.

Təhlilçilər bunun əsas səbəbini döyüşçülərdə ruh yüksəkliyinin gücləndirilməsi səyləri ilə izah edir. Belə ki, İŞİD qrupunun əleyhdarı olan fəalların dediklərinə gərə, döyüşçülər arasında ruh yüksəkliyinin azaldığına aydın işarələr var.

Ekstremistlər keçən həftənin ortalarında Türkiyə ilə sərhəddə yerləşən kürd şəhəri Kobaniyə hücumları intensivləşdirib. Müharibənin dəhşətlərini yaşamış bu şəhər İslam Dövləti qrupu tərəfindən bir ay mühasirədə saxlandıqdan sonra bu il yanvar ayında azad edilmişdi.

Qeyd edək ki, bir il bundan əvvəl Ramazan ayının ilk günü Əbu Bəki Əl-Bağdadi İraq və Suriyada xilafətin yaradıldığını elan edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2015  11:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!