إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

• Dünyada

Oğlunun nahaq yerə tutulması atasının ölümünə səbəb oldu

Bir müddət öncə həbsxana həyatı sürdüyünə görə səhhətində problemlər yaşandığı bildirilən Səudiyyə ərəbistanının görkəmli şiə alimlərindən olan Hüccətül-İslam vəl-muslimin Şeyx Tofiq əl-Amirin atası dünyasını dəyişib. Bildirilir ki, iki gün öncə torpağa tapşırılan Cabir əl-Amirin səhhətində problemlər oğlunun həbs olunmasından sonra meydana gəlmişdir.

Cabir əl-Amirin yoldaşlarının bildirdiyinə görə, o oğlunun azadlığa buraxılaraq evə qayıdacağı günü çox arzulayırdı. Oğlunun həbsi onu o qədər məyus etmişdi ki, onun bu ayrılığa dözməyərək ağlamaq səslərini qonşuları belə eşidirdilər. Nəhayət, o bu ayrılığa tab gətirməyib fani dünyaya ilə vidalaşmalı oldu. 

Xatırladaq ki, avqust ayında həbs olunmuş Şeyx Tofiq əl-Amirə qarşı hələ də heç bir ittiham irəli sürülməyib və ər-Riyazdakı əl-Mələz həbsxanasında saxlanılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2011  18:23 ⁄ Çap

Bu bölmədə


© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!