|
• DünyadaƏbdürrəhman Şəlğəm: İmam Musa Sədr sağ deyil
Liviyanın BMT-dəki daimi nümayəndəsi olmuş hal-hazırda Mili Keçid Şurasında təmsil olunan Əbdürrəhman Şəlğəm əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə bildirib ki, İmam Musa Sədr və onunla birlikdə Liviyaya səfər etmiş iki nəfər Qəzzafi tərəfindən qətlə yetiriliblər. Əbdürrəhman Şəlğəm deyib ki, İmam Musa Sədr Liviyada olarkən Qəzzafi ilə din barəsində çox ağır müzakirə etdilər və İmam Musa Sədr onun din baxışlarını şiddətlə tənqid etmişdir. Bu hadisə səbəb oldu ki, Qəzzafi onların öldürülməsi barədə göstəriş vermiş oldu. Şəlğəm deyib ki, Qəzzafinin dinə öz baxışı var idi. Məsələn o Qurandan "Qul"(De) kəlməsinin çıxarılmasını istəyirdi. Beləki, o deyirdi ki, bu xitab Peyğəmbərə(s) olmuşdur və bizimlə əlaqəsi yoxdur. Əbdürrəhman Şəlğəm deyib ki, dörd il buna kimi İmam Musa Sədrin öldürülməsi, oğurlanması yaxud İtaliyaya getməsi barədə dəqiq məlumatım yox idi. Amma dörd il bundan qabaq baş nazir ilə İmam Musa Sədr barədə söhbət etdiyim zaman o mənə bildirdi ki, İmam Musa Sədr və yoldaşları Liviyada qətl yetirilmişlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2011 16:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |