إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

ƏHD duası oxumaq və İmam Zamana (ə.f) sevgi sərgiləmək

İmam Zamana (ə) eşq və məhəbbətini bildirmək istəyən hər kəs bir sıra əməlləri yerinə yetirməklə bunu həyata keçirməldir. Bu əməllərdən biri də hər gün və ya bacardıqca ƏHD duasını oxumaqdır.

İmam Zamana (ə.f) məhəbbət sərgilməyin ən yaxşı yollarından biri, Əhd duası oxumaqdır. Əhd duası İmam Mehdiyə (ə.f) olan eşqin cilvəsidir.Mərhum Şeyx Abbas Quminin "Məfatihul- Cinan"kitabında Əhd duasından öncə qeyd olunmuş qısa bir ziyarətnaməni oxuyan kəs elan edir ki, mən öz sevgilimdən qafil deyiləm, unutmamışam, hər an yadımdadır, hər gün eşq beyətini onunla təzələyirəm və Onun inayət və bərəkətlərindən faydalanıram.

Hədislərdə və  ariflərin sözlərində tövsiyə olunub ki, insan öz eşqinə yetişmək üçün yolun başlanğıcından məşuqu üçün dua etməlidir, onun üçün xeyir istəməlidir. Dua qaynaqlarında bu barədə dua və ziyarətlər qeyd olunub və vurğulanıb ki, dua etmək, insanın eşq hissini təmin edir, onu zənginləşdirir, İmamlara və Əhl-Beytə (ə) məhəbbətin yüksək mərtəbəsinə qaldırır. Çünki biz İmam üçün dua edəndə və nəyisə ona hədiyyə edəndə, təbii ki, O da bunun müqabilində bizi dua edəcək və bizə hədiyyə verəcək.

"Məfatihul-Cinan" kitabında Əhd duası üçün bir kiçik (ziyarət) və bir də nisbətən böyük hissə qeyd olunub ki, bu dua Nüdbə duasından sonra ən təsirli, savablı və əhəmiyyətli duadır. İnsanın qəlbi sevgisini İmama sərgiləyir.

İmam Sadiqdən (ə) rəvayət olunan bir hədisdə deyilir ki, hər kəs bu "Əhd" duasını 40 gün ardıcıl sübhlər oxuyarsa, İmam Mehdinin (ə.f) əsgərlərindən və köməkçilərindən olar. Əgər zühurdan öncə ölərsə, İmam (ə.f) qiyam edəndə, o da qəbrdən qiyam edər və İmamın dəstəsinə qoşular.

mənbə:Shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2015  13:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!