إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dindarlar aksiya keçirdi; 200-250 nəfər saxlandı

Oktyabrın 14-də bir qrup şəxs islamçıların və digər vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə Ədliyyə Nazirliyinin qarşısında dinc aksiya keçirib. Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən “Media forum” saytına daxil olan məlumata görə, aksiya iştirakçıları şərlənərək həbs olunan islamçıların, dindarların və digər vicdan məhbuslarının tezliklə azadlığa buraxılmasını, məhkəmələrin onlar haqqında ədalətli hökm çıxarmalarını tələb ediblər.

Müxtəlif şüarlar səslənib: “Vətəndaşların ədalətli məhkəmələrə və hakimlərə qarşı itirilmiş inamını bərpa etmək üçün ədliyyə orqanlarında təcili və dərin islahatlar aparılmalıdır”; “Hüquqi dövlətin əsasını təşkil edən qanunun aliliyi təmin olunmalıdır”; “Ölkəmizdə şah qanun deyil, qanun şah olmalıdır”.

Məlumatda deyilir ki, nazirlik ətrafına toplaşan dindarları həm polis, həm də mülki geyimli şəxslər saxlayıb, maşınlara mindirərək ərazidən uzaqlaşdırıb. 200-250 nəfərin maşınlara mindirilib naməlum istiqamətə aparıldığı deyilir. Aksiya iştirakçılarının polislərlə heç bir konfliktə getməyi deyilir.

azadliq.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2011  01:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!