إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-in Kərbəla yaxınlığında olması həqiqəti əks etdirmir

Bəzi media qurumları tərəfindən İŞİD-ın Kərbəla şəhərinə yaxınlaşması və yerli əhalinin silahlanaraq döyüşlərə hazırlanması kimi xəbərlər  həqiqəti əks etdirmir.

Son günlər bəzi media qurumları və sosial şəbəkələrdə İŞİD-in Kərbəla şəhərinə yaxınlaşması barədə mənbəyi göstərilməyən xəbərlər yayımlanması bu müqəddəs şəhərə ziyarətə hazırlan və hal hazırda ziyarətdə olanların yaxınlarının narahatlığına səbəb olmuşdur.

Bildirək ki, Ahlibeyt.az saytı tərəfindən bu məlumatın dəqiqiliyinin araşdırması zamanı belə bir xəbərin həqiqiliyini əks etdirən heç bir məlumata rast gəlinməyib.

Kərbəlaya zəvvər qrupları aparanlarla əlaqə saxlanılıb.Onlar Kərbəla şəhəri həmçinin ona yaxın bölgələrin təhlükəsizliyi barədə heç bir xəbərdarlıq almadıqlarını  bildirdilər və qeyd etdilər ki,hazırda şəhəri heç bir təhlükə gözləmir,şəhərdə tam sakitlikdir.

Qeyd edək ki,məsələ ilə bağlı islamazeri.az saytı da məlumat verərək bildirmişdir ki,İraqın tanınmış jurnalistləri ilə əlaqə yaradılıb və onlar bu məlumatı təkzib edib.həmçinin sayt bildirib ki,  sosial mediada Kərbəla şəhərində olan zəvvarlar və iraqlı gənclər belə bir xəbərin olduğunu təsdiq etməyiblər.

Bildirək ki,mövzunu gündəmdə saxlayırıq və bu barədə əlavə məlumat əldə edəcəyimiz təqdirdə oxucuları xəbərdar edəcəyik.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2015  18:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!