|
• Dünyada11-ci Beynəlxalq Məhdəviyyət konfransı yekun bəyanatla öz işinə xitam veribƏl-Qaidə və İŞİD kimi kiçik firqələrin zorakılıqları müsəlmanları acı vəziyyətlə üzləşdirməsəydi, iddia etmək olardı ki,müsəlmanlar islam mədəniyyətini qurmaqda və vahid islam ümmətini təşkil etməkdə daha tez müvəffəq olardılar. Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə bu ifadələr İranın paytaxtı Tehranda keçirilən 11-ci Məhdəviyət konfransının yekun bəyanatında yer alıb. Bəyanatda bildirilir: Bir çox mütəfəkkirin bildirdiyinə əsasən son illər baş verən siyasi dəyişikliklər, dini və milli hərəkatlar islam mədəniyyəti, sivilizasiyası və mentalitetinə qayıdışdır və müsəlmanların özünə inamını bəyan edir. Şimali Afrikadan tutmuş, Uzaq Şərq və Hind yarımadasına qədər zorakılıq, qırğın, qan tökmək və təkfirçilikdən uzaq olan müsəlmanlar bu qənaətdədirlər ki, əgər xalq kütlələri Quran və din rəhbərlərinin sözlərini dinləyərlərsə, ona tərəf istiqamətlənirlər. Lakin təəssüflər olsun ki, təkfirçi qruplaşmaların törətdikləri cinayətlər qeyri-müsəlmanların baxışında islam haqda mənfi fikir yaradıb. Bu isə şiə və sünni alimlər tərəfindən zehinlərdən silinməlidir. 11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransı bazar ertəsi günü 80 ölkədən ziyalı və alimlərin iştirakı ilə İranın paytaxtı Tehranda keçirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2015 16:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |