|
• Mənəviyyat • MənəviyyatNamaz insanın ruhani və cismani meracıdırİslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur: "Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz. وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى Məni yad etmək üçün namaz qıl Taha surəsinin şərif ayəsi(14-cü ayə) aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz "zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən "namaz” kəlməsi "zikr” kəlməsi ilə təfsir olunmuşdur. Başqa bir ayədə belə buyurulur: وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى "Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik.”(Taha” surəsi, 124-cü ayə.) Zikrin özü həm namazın hissəsi, həm də onun şərti sayılır. Çünki zikr üç növdən ibarətdir. Dil vasitəsilə zikr. Qəlb vasitəsilə zikr. Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr). Birinci növ zikr (dil vasitəsilə) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir. Məsumlardan (ə) buyurulan hədislərdə: "Hüzuri-qəlblə(qəlbin iştirakı ilə)qılınmayan namaz-namaz deyildir.” Kamil namaz qəlbin hüzuru ilə qılınan namazdır.Zikrin həqiqəti qəlbin Məbuda- Allaha yönəlməsidir. Bu yönəlmə o vaxt düzgün olur ki, namaz qılan qəlbində Allahın rəhmət və qəzəbini duyaraq Onun əmrlərinə itaət etsin. İmam Sadiq (ə) Əbu Ubeydə Xəzaiyə buyurur: "Allah-təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən birincisi, insafdır.Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!” Sonra həzrət imam Sadiq (ələyhissalam) əlavə edib buyurdu: "Zikr kəlməsində məqsədim "Subhənəllah” və ya "Əlhəmdulilləh”demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri hər zaman yerinə yetir və Onun haram etdiyi əməllərdən hər zaman çəkin!” Sonra o, həzrət Peyğəmbərin (s)bu hədisini dəlil göstərdi: "Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs "zikr" əhlindəndir.” Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir. Bunlar nəzərə alındıqda إِنَّ الصَّلَوةَ تَنهَْى عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر "Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”("Ənkəbut” surəsi, 45-ci ayə.) ayəsinin mənası aydın olur. Namaz qəlb nurunun mayası və yəqinliyin artmasıdır. Mömin kamilliyə doğru hər nə qədər addımlasa da heç vaxt namazdan ehtiyacsız ola bilmir və yalnız namaz vasitəsilə onun məqamı yüksəklərə qalxır. Böyük arif, filosof, müfəssir və fəqih Ayətullah Üzma Cavadi Amuli yazır: "Namazda qiyamın sirlərindən biri də budur ki, bədənin zahiri də qəlb və ruh kimi saf və düz olmalıdır, ruhun saflığı qiyam halında abidin bədənində zahir olur, onu hüzurdan digər səmtə yayınmaqdan saxlayır. Namazın zahiri bədənin hüzuru ilə doğru sayılırsa, batini də ruhun qiyamı və hüzuru ilə doğru sayılır. Hüzurda olan qəlb və ruhun təsiri bədən üzvlərinin də təvazökarlığı və Allah qarşısında kiçilməsi ilə müşahidə olunur. İmam Əlidən (ə) rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbər (s) namaz qılan bir kişinin öz saqqalı ilə oynadığını görərkən belə buyurdu: - انّه لو خشع قلبه لخشعت جوارحه - Əgər onun qəlbu "xüşu" (Allah hüzrunda qorxu və kiçiklik hiss edən) halında olsaydı, əzaları da xüşu və təvazökarlıq halında olardı. Namaz insanın ruhani və cismani meracıdır. Əgər bədən meracda deyilsə, deməli ruhda meracda deyil, çünki ruh meracda və hüzurda olsa, bunun təsiri bədəndə də zahir olur, bədən və bədən üzvləri də Allahdan başqa səmtə yönəlməz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2020 12:20 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |