إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avtobusla Həccə gedənlərin marşrutunda dəyişiklik baş verib

Oktyabr ayının 23-ü və 24-ü avtobusla Allah evini ziyarətə gedəcək zəvvarların marşrutlarına dəyişiklik edilib. Daha doğrusu, zəvvarların marşrutuna bir ölkə daha əlavə olunub. 

Avtobus qruplarından birinin rəhbəri olan Hacı Yusif Bağırov ahlibeyt.az saytına bildirib ki, dünən məlum olub ki, zəvvarlar İraqdan birbaşa Səudiyyə Ərəbistanına daxil ola bilməyəcəklər. Səbəbi isə İraqla Səudiyyə Ərəbistanının sərhəd keçid məntəqəsində iki dövlət arasında yaşanan problemlərdir. Elə bu səbəbdən avtobuslar İraqdan İordaniyaya, daha sonra Səudiyyə Ərəbistanına daxil olacaqlar. Bu isə Hacı Yusifin dediyinə görə təxminən 1 gün vaxt itkisi deməkdir. 

Xatırladaq ki, oktyabr ayının 23-ü və 24-ü avtobusla yola düşəcək zəvvarlar Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət etməli idilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2011  20:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!