إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məkarim Şirazi - Dini-elmi hövzə lazım olan qərarları verməlidir ki, hövzədə müasir dövrə uyğun böyük dəyişikliyin şahidi ola bilək

Ayətullah  Məkraim Şirazi - Bizim "fiqh" və "üsul" elmimiz Əhl-Beyt (ə) məntiqinə əsaslandığı üçün çox güclüdür və dini-elmi hövzə bu ərsədə meydana çıxmalı, lazım olan qərarları verməlidir ki, hövzədə müasir dövrə uyğun böyük dəyişikliyin şahidi ola bilək

Ahlibeyt.az-ın Shabestan-a istinadən verdiyi xəbərə görə, təqlid mərcələrindən  Qum dini elmi hövzəsinin ali ustadı Ayətullah Nasir Məkraim Şirazi  İmam Musa Kazim (ə) adına "Fiqh elmləri" üzrə ixtisaslaşdırılmış ali təhsil mərkəzinin açılışı mərasimində çıxış edərək demişdir:

Ümid edirəm ki, bu böyük dini elmi mərkəzin açılışı ilə dini elmi hövzənin "fiqh və üsul" elmi üzrə proqramlarında  böyük bir dəyişikliyin və irəliləyişin şahidi olaq və bacarılqlı tələbələr tərbiyə edə və yetişdirə bilək.

Qum elmi hövzəsində 60 min tələbə dərs oxuyur ki, bunlar müasir dövrə uyğun yetişdirilməli, təlim görməli və dövrün şübhələrinə cavab verə bilməlidirlər. Dövrün ehtiyaclarından biri də tələbələrin dünyanın aparıcı dillərini bilməsidir. Mütəxəssislərimiz bunun üçün də çalışmalıdırlar. Tələbələr arasında parlaq istedadlar çoxdur, onlar tanınmalı və xüsusi qayğı və diqqət mərkəzində olmalıdırlar. Bu mədrəsəni də təsis etmişik ki, burada mütləq müctəhidlər yetişdirilsin.

İslam dinində elm və alimin böyük dəyəri və əhəmiyyəti vardır. Bizim rəvayətlərdə gəlmişdir ki, Qiyamət günü alimin qələminin mürəkkəbi şəhidlərin qanı ilə müqayisə edilər və alimlərin qələmi şəhidlərin qanından üstün və dəyərli sayılar.

Ayətullah  Nasir Məkraim Şirazi çıxışının davamında  Ərəbistanda terrora məruz qalmış İmam Əli (ə) məscidinə də işarə edərək qeyd etmişdir ki, Hicazın vəhabi alimləri bu dərdli hadisəni məhkum etməlidirlər, amma bilirik ki, bu hadisə elə onların təkfirçi düşüncəsinin məhsuludur. Vəhabilər öz dərslik kitablarında şagirdlərə deyirlər ki, qəbirləri ziyarət edənlərin qanı halaldır, çünki onlar müşrikdirlər. Təkfirçilər bu işləri ilə özlərini bir daha məhkum etdilər və göstərdilər ki, çox zəif ağıla və "məntiq"ə söykəniblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2015  13:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!