|
• DünyadaHusilər Səudiyyə Ərəbistanına hücuma keçiblər, 3 səudiyyəli əsgər ölübHusilər Səudiyyə Ərəbistanının hava zərbələrinə cavab olaraq, bu ölkənin Nəcran şəhərinin cənubuna geniş hücuma keçiblər. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hücumun qarşısının alındığını və üç ordu əsgərinin həlak olduğunu bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə 35 günlük müdaxiləsindən sonra bu, husilərin qarşı tərəfin ərazisinə ilk irimiqyaslı hücumudur. Səudiyyə Ərəbistanı qüvvələri son sutka ərzində də Yəməndə müxtəlif bölgələri bombalayıb. Qırıcılar paytaxt Sana və əl-Hudeyda əyalətinin hava limanını, paytaxtdakı yaşayış massivlərini, Təiz şəhərini bombalayıb. Ədən şəhərində ordu və husilərin mövqeləri Səudiyyə Ərəbistanının hərbi gəmiləri tərəfindən hədəfə alınıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2015 11:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |