
Husilər Səudiyyə Ərəbistanının hava zərbələrinə cavab olaraq, bu ölkənin Nəcran şəhərinin cənubuna geniş hücuma keçiblər.
Nazirlik hücumun qarşısının alındığını və üç ordu əsgərinin həlak olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə 35 günlük müdaxiləsindən sonra bu, husilərin qarşı tərəfin ərazisinə ilk irimiqyaslı hücumudur.
Səudiyyə Ərəbistanı qüvvələri son sutka ərzində də Yəməndə müxtəlif bölgələri bombalayıb. Qırıcılar paytaxt Sana və əl-Hudeyda əyalətinin hava limanını, paytaxtdakı yaşayış massivlərini, Təiz şəhərini bombalayıb.
Ədən şəhərində ordu və husilərin mövqeləri Səudiyyə Ərəbistanının hərbi gəmiləri tərəfindən hədəfə alınıb.