|
• DünyadaMəşhəd şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunduİranın mədəniyyət və İslami irşad naziri 2017-ci ili İranın müqəddəs Məşhəd şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin İran İslam Respublikası üçün dəyərli bir fürsəti ortaya qoyduğunu bildirib. İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, dünən İslam Dünyasının Mədəniyyət Paytaxtı Siyasət Şurasının üzvlərinin iclasında çıxış edən İranın mədəniyyət və İslami irşad naziri Əli Cənnəti, ölkəsinin bu fürsətdən istifadə edəcəyini və öz mədəniyyəti və adət-ənənələrini bütün dünyaya tanıdacağını qeyd edib. İsfahan şəhərinin də 2006-cı ildə İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladan Cənnəti, indiyə qədər İslam dünyasının mədəniyyət paytaxtına ev sahibliyi edən ölkə və şəhərlərin bu barədəki təcrübələrindən istifadə ediləcəyini söyləyib. Əhli-Beyt (ə) imamlarının səkkizinci imamı Həzrəti Əliyyən Rzanın (ə) mübarək türbəsinin olduğu və İslam dünyasının böyük diqqətini özünə cəlb edən müqəddəs Məşhəd şəhəri hər il yerli və xarici olmaqla 30 milyondan artıq insanı qonaq olaraq qarşılayır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2015 12:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |