İran islami mədəniyyət və irşad naziri Əli Cənnəti bildirib ki, aparılmış araşdırmalardan sonra bu gün Həcc Təşkilatına göstəriş verilibdir ki, Ciddə hava limanında iki iranlı yeniyetməyə təcavüz etmiş m'murlar mühakimə edilib, cəzalandırılmayıncayadək ümrə həcci dayandırılır və İran uçuşları dayandırılacaqdır.
Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə,İranın mədəniyyət naziri əlavə edib: Baş vermiş hadisələrə əsasən, İran xalqının ümümi heysiyyətinə xələl gəlib və İran xalqı arasında ümumi bir tələb formalaşıb və reaksiya göstərilməlidir.
Cənnəti vurğulayıb - Bir çox mərcəyi təqlid qeyd edib ki, keçmişdə də karvanların zəvvarları və ruhanilərə qarşı bəzi xoşaglməz rəftarlar olub. Bu səbəbdən, aparılmış araşdırmalara əsasən, ümrə həccinin dayandırılması qərarı verilib.
Qeyd edək ki,bir neçə gün əvvəl Ciddə hava limanında İrandan olan iki yeniyetmə gənc əlavə yoxlama otağına aparılaraq Səudiyyəli məmurlar tərəfindən təcavüz olunub.