إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Əl-Qaidə"terror qruplaşması Yəməndə Husilərin liderini öldürənə 20 kq qızıl mükafat verəcəyini vəd edib (VİDEO)

"Əl-Qaidə" terror təşkilatı Yəməndə husi inqilabçılarının lideri Əbdül-Məlik Bədruddin Husi və sabiq prezident Əli Abdullah Salehi öldürənin və ya onları tutanların hər biri üçün 20 kq qızıl vəd edib.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews-un "Al Jazeera"ya istinadla verdiyi məlumatda bildirilir ki, bu barədə "əl-Qaidə"nin Ərəbistan Yarımadasındakı qolu bəyanat yayıb.

Bəyanatda deyilir: “Qardaşlarımız olan mücahidlərin və qəhrəmanlarımızın Yəməndə İranın rafizi və səvəfi təmsilçilərinə qarşı apardıqları cihada dəstək olaraq, husilərin lideri və Əli Abdullah Salehi öldürənin və ya tutanın hər biri üçün 20 kq qızıl mükafat verəcəyik. Bu, cihadın yeni səhifəsidir. Allah mücahidləri qorusun!"

Bildirək ki, Səudiyyə Ərəbistanının Yəmənə hücumunun başlamağından sonra "əl-Qaidə" Hədrəmut əyalətindəki bir çox dövlət dairələrini tutub.

Şəbəkə üzvləri ötən həftə bu əyalətdəki mərkəzi həbsxanaya hücum edərək, Təşkilatın 300, bəzi mənbələrə görə isə 900 üzvünü və tərəfdarını azad ediblər.

Hazırda husi inqilabçıları və onlara tərəfdar olan ordu qüvvələri Ədən şəhərində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrlə yanaşı, şərqdəki əyalətlərdə "əl-Qaidə" üzvləri ilə də döyüşlərə giriblər.

Husilər, Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh və onların tərəfdarları Səudiyyə Ərəbistanı və hazırkı prezident Abdu Rabbih Mansur Hadinin "əl-Qaidə"ni silahlandırdığını bildirirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2015  11:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!