إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Abgül Süleymanovun istintaqı 3 ay uzadıldı

Bu gün Bakı şəhəri Səbail Rayon məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib. Məhkəmə Hacı Abgülün istintaq müddətini daha 3 ay uzadıb.

Anar Qasımlı məhkəmənin olacağı barədə məlumatı bu gün əldə etdiyini deyib. 

Məhkəmə qapalı keçirilib.

Vəkil bildirib ki, Abgül Süleymanov üçün yeni ittihamların irəli sürüləcəyi ehtimalına görə onun istintaq müddəti daha 3 ay uzadılıb.  Arif Qəniyevin isə istintaqı 2 ay uzadılıb.

Xatırladaq ki, tanınmış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun olduğu evə basqın edərək onu zorakılıqla avtomobilə mindiriblər. MTN evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb. Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2011  18:44 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!