إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə zahiri islamçılıqla oda yağ tökür

Bu gün Ayətullahul-Üzma Məkarim Şirazi xaric dərsində deyib: Bu gün müsəlman dünyasında oyanış baş vermişdir. Amma biz elə şəraitdə yaşayırıq ki, müsəlmanlar bundan daha oyanmalı və eyni zamanda ayıq olmalıdırlar.

Mərcei-təqlid daha sonra bildiribki, oyanış o zaman nəticə verəcəkdir ki, bu ayıqlıqla baş versin. Bu gün İslam dünyasında oyanış baş vermiş və müsəlmanlar zalımların və diktatorların əsarətindən qurtulmaqdadırlar. Amma necə ki, onlar oyanıblar eynilə düşmənlər də ayılıblar və istəmirlər müsəlmanlar öz haqqlarını əldə etsinlər.

Məkarim Şirazi daho sonra deyib: Bu gün iki dəstə bir-birilə üzbəüz dayanmışdır. Biri öz haqqlarını tələb edən millətlər, digəri isə Amerikanın və İsrailin bölgədəki marionet siyasətçiləridir. Səudiyyə Ərəbistanı kimi ölkələrin başçıları açıq-aydın müsəlmanların müqabilində dayanmışlar. Bəziləri isə məsələn Türkiyə kimi ABŞ və İsraillə əl-ələ verərək zahirdə özünü islamçı göstərməklə oda bir az daha yağ tökür.

Belə şeylərə aldanmamaq üçün millətlər ayıq olmalıdırlar deyən mərcei-təqlid müsəlmanların lazımi şəkildə ayıq olmaları gec və ya tez onları öz məqsədlərinə çatdıracağını bildirib. O həmçinin bütün bunlarla yanaşı müsəlmanları vəhdəti bərpa etməyə və bir-birinin arxasında durmağa çağırıb.

Bəhreyndə baş verən hadisələrə toxunan alim deyib ki, bu gün Bəhreyndə millət öz haqqını tələb edir. Amma bu ölkənin rəhbərləri Səudiyyənin və ABŞ-ın dəstəyilə həmin millətin qarşısını tanklarla almaqdadır. Və bu beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir ki, beynəlxalq insan haqqları təşkilatları da buna göz yumurlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2011  19:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!