إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD azərbaycanlı komandiri edam etdi (foto)

İŞİD terror təşkilatı azərbaycanlı komandiri edam edib.Terror təşkilatı azərbaycanlını xaricə işlədiyi üçün öldürüb.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, İŞİD Siraç adında azərbaycanlı komandiri xaricə işlədiyi üçün edam etdiyini açıqlayıb. Azərbaycanın Sumqayıt şəhərindən olan Siraç daha əvvəl uzun müddət Əfqanıstanda döyüşüb və sonradan Suriyaya gələrək İŞİD-ə qatılıb.


Qeyd edək ki, son zamanlar müsəlmanlara qarşı cinayətləri görən terror təşkilatındakı döyüşçülər belə İŞİD-in bu edamlarına sərt reaksiya göstərir.


İŞİD isə bu etirazların qarşısını almaq üçün həmin narazı dəstələri agent adlandıraraq edam edir. Son günlər İŞİD-in qafqazdan olan döyüşçüləri edam etməsi də bu faktları təsdiqləyir. Həmin döyüşçülərin xarici ölkələrə işlədiyi üçün cəzalandırıldığı bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2015  12:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!