إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan - Türkiyə “İslam Dövləti” ilə mübarizədə hərbi yardım göstərə bilər"

Türkiyə “İslam Dövləti”nə qarşı əməliyyatları siyasi və ya hərbi üsullarla dəstəkləyə bilər.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdyi xəbərə görə , bu barədə Nyu Yorkda jurnalistlərə Türkiyyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

 

“Biz aparılan əməliyyatları müsbət qiymətləndiririk. Onlar fasiləsiz davam etdirilməlidir. Bizim  “İslam Dövləti”nə qarşı aparılan əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər”, deyə prezident bildirib.

 

“Türkiyə əldə etdiyi təcrübəyə əsaslanaraq “İslam Dövləti” ilə mübarizədə əlindən gələni edəcək. Bölgədə hər-hansı bir addım atılarkən Suriya və İraq vahid bir məkan kimi qəbul edilməlidir. Barak Obama belə bir addım atdı və bu düzgün yanaşma idi”, deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, Türkiyə hələlik  “İslam Dövləti”nə qarşı aparılan əməliyyatları hansı şəkildə dəstəkləyəcəyi ilə müəyyənləşməyib. Türkiyənin Mosuldakı baş konsulluğunun 49 əməkdaşının terrorçular tərəfindən girov saxlanılması səbəbindən Ankara son günlərədək “İslam Dövləti”nə qarşı fəal addımlardan yayınırdı. Lakin sentyabrın 20-də Türkiyə kəşfiyyatının uğurlu əməliyyatı nəticəsində girovlar azad olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2014  09:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!