إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müqəddəs Kəbə Həccə hazırlanır (VİDEO)

Bu il Qurban bayramı oktyabr ayının birinci ongünlüyünə təsadüf edir

Həcc mövsümünün başlanması ilə əlaqədar ənənəyə uyğun olaraq müqəddəs Kəbənin örtüyü (kisva) hər il Zilqədə ayının 15-də etibarən Şəzirvandan (Kəbənin mərmərdən hazırlanmış aşağı dik hissəsi) 3.5 metr hündürlüyə qaldırılır və hazırda olduğu kimi ətrafına pambıqdan olan ağ parça örtülür.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, bu proses hər il Həcc ziyarətinin astanasında keçirilir.

Kəbə Ərəfə günü sabahı gülsuyu və zəmzəmlə yuyulduqdan sonra yeni örtüyünü “geyinəcək”.

Bu, Kəbə örtüyünün zəvvarların toxunması nəticəsində korlanmaqdan qorunması məqsədilə edilir. Bəzən zəvvarlar, xeyirli olacağını düşünərək, örtükdən bir parça kəsirlər. Örtüyün hazırlanmasında 120 kiloqram saf qızıl və gümüşdən istifadə edilir, ümumilikdə çəkisi 2 tona yaxın olur. Qızıl və gümüş iplərlə əldə hörülən və sonra qara rəngə boyanılan Kəbə örtüyü 16 hissədən meydana gəlir.

Kəbə örtüyünün üzərinə “La ilahə illallah Muhammedün Rəsulullah”, “Allah Cəllə Cəlalühü”,“Sübhanallahi və bihamdihi Subhanallah Əl Azim”, “Ya Hannan, ya Mənnan” sözləri yazılıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabr ayının 4-5 qeyd olunacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2014  07:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!