|
• Mənəviyyat • HəccÜmrə mövsümünün başlaması ilə Kəbə ətrafındakı maneələr aradan qaldırılıb
Məkkə və Mədinə Hərəmlərinin İdarəsi (Həremeyn ) Rəhbərliyi Ümrə mövsümünün başlaması ilə eyni vaxtda Kəbənin ətrafındakı maneələrin qaldırıldığını açıqlayıb. Ahlibeyt.az-ın xəbərinə görə, Həremeyn İşləri Rəyasət Heyətinin sosial media hesabında bildirilib ki, Kəbənin ətrafındakı qoruyucu maneələr qaldırılmağa başlandı. Məscidül-Həram və Məscidi Nəbəvi İşləri Başçısı və Kəbənin imamı Əbdürrəhman əs-Sudeysi də verdiyi yazılı açıqlamada, “Ümrə mövsümünün başlaması ilə Kəbəni əhatə edən maneələrin aradan qaldırılması təsdiq edilib”.
Sudeysi, Kəbənin ətrafındakı maneələrin aradan qaldırılması qərarının müsəlmanların xüsusilə ümrə dövründə ibadətlərini asanlaşdıracağını bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti Kovid-19 epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində ilk dəfə 1 iyul 2020-ci ildə Kəbənin ətrafına maneələr qoyub.
Kovid-19 epidemiyasının gedişatına uyğun olaraq zaman-zaman qaldırılan və yenidən quraşdırılan maneələr 2022-ci ilin həcc mövsümündə Kəbə ətrafında da mövcud idi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022 12:25 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər20 İyul, 2021 “Ərəfə” duası (Tərcümə və transkripsiya) |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |