إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qafqaz Müsəlmanları İdarəsi 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ ) arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.

Ahlibeyt.az-ın QMİ-nin mətbuyat xidmətinə istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfər edib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.

Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini cənab Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2023  08:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!