|
• Dünyada“İslam Dövləti” terror qruplaşması Qafqazda müharibəyə başlayacaqları ilə hədələyiblər “İslam Dövləti” terror qruplaşması internetdə yaydıqları video çarxda Çeçenistan və Qafqazda müharibəyə başlamaqları ilə hədələyiblər.
Ahlibeyt.az-ın Rian.ru ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Video görüntüdə “İslam Dövləti” qüvvələrinin ələ keçirdikləri Suriyanın Rakka əyalətində yerləşən Tabaka hərbi aerodrom əks olunub. Qırıcı təyyarənin kabinəsində olan silahlı Çeçenistan və Qafqazı “azad etmək” niyyətində olduqlarını elan edib. Qeyd edək ki, video görüntüdə terrorçunun nitqi naməlum şəxs tərəfindən rus dilinə tərcümə edilir.
Bundan başqa, silahlılar prezident Bəşəq Əsədi hədələyərək hökumət qoşunlarına aviazərbələr endirəcəkləri ilə də hədələyiblər.
Qeyd edək ki, “İslam Dövləti” terror qruplaşması avqustun sonunda Tabaka hərbi aviabazasını ələ keçirib. Nəticədə hərbi bazada olan ağır artilleriya sistemləri, tanklar və döyüş təyyarələri qruplaşmanın nəzarətinə keçib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2014 12:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |