|
|
Qafqaz Müsəlmanları İdarəsi bu il Ramazan ayının bayram namazının iyulun 29-da qılınacağını açıqlayıbBu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Ahlibeyt.az-ın məlumatına görə, iyunun 29-da başlayan Ramazan ayı başa çatır.
Qafqaz Müsəlmanları İdarəsi bu il Ramazan ayının bayram namazının iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacağını açıqlayıb.
Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Qeyd edək ki, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kiloqram buğda,düyü və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 3-6 manat miqdarında müəyyənləşdirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2014 12:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |