
Ahlibeyt.az-ın məlumatına görə, iyunun 29-da başlayan Ramazan ayı başa çatır.
Bu il Qəməri təqvimi ilə Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə iyulun 29-na təsadüf edir. Azərbaycan hökumətinin qərarına əsasən,28 - 29 iyul tarixində hər iki gün bayramdır.
Qafqaz Müsəlmanları İdarəsi bu il Ramazan ayının bayram namazının iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacağını açıqlayıb.
Artıq Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kiloqram buğda,düyü və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 3-6 manat miqdarında müəyyənləşdirilib.