إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tatarstanda Ramazan ərəfəsində 4 yeni məscid açılacaq

Tatarıstanda Ramazan ərəfəsində 4 yeni məscid açılacaq

Mübarək Ramazan ayı ərəfəsində Tatarıstan Respublikasında dörd yeni məscid açılacaq.

Ahlibeyt.az-ın İslamNews-a istinadən  verdiyi xəbərə görə, ölkənin Buqulmin rayonunun Karabaş kəndi, Zelenodolsk rayonunun Osinovo qəsəbəsi və Arsk rayonunun Orta Pşalm kəndində yeni İslam ibadətgahının açılışı baş tutacaq.Bu xeyriyyəçilərin vəsaitləri hesabına tikilən bu məbəd cəmi bir ilin içərisində istifadəyə hazır olmuşdur.

Bu günlər Tatarıstanın Çeremşansk rayonunda da yeni məscid qapılarını təntənəli şəkildə açacaq.

Qeyd olunur ki,bununla da son illər tikilib istifadəyə verilən məscidlərin sayı 78-ə çatmışdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2014  18:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!