
Tatarıstanda Ramazan ərəfəsində 4 yeni məscid açılacaq
Mübarək Ramazan ayı ərəfəsində Tatarıstan Respublikasında dörd yeni məscid açılacaq.
Ahlibeyt.az-ın İslamNews-a istinadən verdiyi xəbərə görə, ölkənin Buqulmin rayonunun Karabaş kəndi, Zelenodolsk rayonunun Osinovo qəsəbəsi və Arsk rayonunun Orta Pşalm kəndində yeni İslam ibadətgahının açılışı baş tutacaq.Bu xeyriyyəçilərin vəsaitləri hesabına tikilən bu məbəd cəmi bir ilin içərisində istifadəyə hazır olmuşdur.
Bu günlər Tatarıstanın Çeremşansk rayonunda da yeni məscid qapılarını təntənəli şəkildə açacaq.
Qeyd olunur ki,bununla da son illər tikilib istifadəyə verilən məscidlərin sayı 78-ə çatmışdır.