|
• DünyadaAraşdırma- Avropada İslamdan ən çox kim qorxurÇexiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Sosial Elmlər İnstitutu araşdırmalarına görə Avropa İttifaqının digər ölkələri ilə müqayisədə Çexiya vətəndaşları İslamdan daha çox qorxurlar.Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, İnstitut tərəfindən hazırlanmış hesabatda Avropa Parlamentinə keçirilən seçkilərdə seçicilərin təxminən 2/3 hissəsinin İslamı Avropa cəmiyyəti üçün təhlükə hesab etdiyi deyilir. İnstitut İslam qorxusunun Çexiya Respublikasında keçirilən seçkiqabağı kampaniyada siyasi partiyalar üçün əsas vasitə olduğunu aydınlaşdırıb. “İmmiqrantların sosial adaptasiyası uğrunda” və “Radikal İslama qarşı” seçkidən əvvəl geniş yayılmış şüarlardandır. Bildirək ki, İnstitut tədqiqatçıları araşdırmalarında 18 min Çexiya vətəndaşının fikirini tədqiq ediblər. Ümumilikdə isə Avropa İttifaqı üzrə belə insanların sayı milyonu keçib. Sosioloq Maxallya Voetkova yalnız 10% Çexiya sakininin İslamdan qorxmadığını bildirib: ”Təhlillər Avropa İttifaqına üzv digər ölkə sakinlərinin də İslamla bağlı qorxu və həyəcan keçirdiklərini göstərir. Məsələn, britaniyalıların yarıdan çoxu İslamın onların cəmiyyəti üçün real təhlükə olduğunu iddia edir.” Xanım sosioloq İslamdan ən az qorxan ölkələr siyahısına İspaniya, İtaliya, Macarıstan, Sloveniya və Avstriyanı daxil edib. Qeyd edək ki, bu ölkələrdə müvafiq göstərici 30%-dir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2014 07:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |