إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranın ali dini lideri qadın məhbuslara amnistiya elan edib

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə İran həbsxanalarında olan qadın məhbuslar üçün geniş amnistiya élan edib. Bu barədə Trend İranın İSNA agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amuli Məhəmməd Peyğəmbər (s)in qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə ölkənin ali dini liderinə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının 20-dək İran həbsxanalarında həbsdə saxlanılan qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş olunub. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat yoldaşı həbsdə olan qadınlara , borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.

Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yarısının bağışlanması nəzərdə tutulub.

Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış şəxslərə tətbiq olunmayacaq.

Qeyd edək ki, bu gün (aprelin 20-si - hicri qəməri cəmadiussani ayının 20-si ) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı Xanım Fatimənin (ə) doğum günüdür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2014  18:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!