إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dövlət sirrlərini yayan Gülən hərəkatına qarşı reydlərə başlanılıb

Türkiyə polisi ölkənin Adana şəhərində Fətullah Gülən [hazırda ABŞ-da yaşayan ictimai din xadimi] hərəkatının üzvlərinə qarşı reydlərə başlayıb.Bu barədə Türkiyənin Habertürk məlumat yayıb

yayılan məlumata əsasən, keçirilən reydlər çərçivəsində aralarında sabiq polis rəisləri olmaqla, səkkiz polis işçisinin evində axtarışlar aparılıb.Yüksək rütbəli polis məmurları öz vəzifə imkanlarından istifadə edərək mühüm dövlət məlumatlarının ictimailəşdirilməsinda marağı olan qüvvələrin  göstərişlərinə uyğun fəaliyyət göstərmişlər.

Məlumatda o da qeyd olunur ki, reydlər nəticəsində Gülən hərəkatı ilə əlaqələri təsbit edilən polis məmurları saxlanılıb.

Bir qədər əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatının fəaliyyətinin hökumətin zəiflədilməsinə yönəldiyini bəyan edib.

Daha sonra Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf Fətullah Gülənin ekstradisiyasıının qeyri-mümkün olduğunu bildirib.

Qeyd edək ki,dünyanın bir çox ölkələrində məktəb və litsey və maliyyə resurslarına mənsub olan bu cərəyanın adı və fəallliyyəti son zamanlar Azərbaycan cəmiyyətində də əsəs müzakirə obyektinə çevrilib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2014  13:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!