إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Təzə Pir məscidinin giriş qapısının yerləşdiyi küçənin adının dəyişdirilməsini istəyir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, Təzə Pir məscidinin ərazisi ölkə başçısının sərancamı əsasından əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar tikilərək hazırda böyük kompleks təşkil edir. Dindarlarımız, şəhər sakinlərinin, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət gösətərən peşakar-inqlabçı ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə nə də Rusiyada heç bir küçə yoxdur.

"Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adınının verilməsi üçün mücafiq sərəncam verməyinizi xahiş edirəm. Bu addım savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərinə ehtiramının bariz nümunəsi olacaq."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2013  18:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!