|
• Dünyadaİraqlı zəvvara Bəqi qəbirstanlığında ağladığına görə ölüm hökmü verdilər
İraqın Kazimeyn şəhərindən olan zəvvar Salaam Kazım Səudiyyə mühafizə orqanları tərəfindən Bəqi qəbirstanlığında ağladığına görə həbs olunub. Mühafizə işçiləri öncə ondan ağlamağı və duaları dayandırmasını tələb ediblər sonra zəvvara təzyiq edərək onu həbs ediblər. Həbs zamanı zəvvarla mühafizə işçiləri arasında mübahisə baş verib. İraqlı zəvvar həbs olunduqdan sonra yerli məhkəmə qarşısına çıxarılıb. Məhkəmə iraqlı Kazıma ölüm hökmü verib və həcc mövsümü bitən kimi edam ediləcəyi qərarını qəbul edib. İraq rəsmiləri bu qərara qarşı çıxaraq vətəndaşlarının dərhal azad olunmasını istəyiblər. İraq parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Səudiyyə hökumətin şiələrə qarşı yönələn təzyiqinə son qoyulmasını və İraq vətəndaşının dərhal azad olunmasını istəyib. Xatırladaq ki, Bəqi qəbirstanlığında ("Cənnətül-Bəqi") 4 məsum imamın -İmam Həsən (ə.s.), İmam Səccad (ə.s.), İmam Muhəmməd Baqir (ə.s.), İmam Cəfər-Sadiq (ə.s.)- mübarək qəbri şərifləri yerləşir. İmamların mübarək qəbrlərindən başqa, "Cənnətül-Bəqi" məzarlığında məhşur səhabələr və digər İslamın böyük şəxsiyyətlərinin qəbrləri də yerləşir. Hal-hazırda isə vəhhabi rejimi tərəfindən bu mübarək qəbirlər haqsız bir şəkildə yerlə yeksan edilmiş bir vəziyyətdədir. Bəqi qəbirstanlığını ziyarət edən zəvvarlara isə müxtəlif təzyiqlər olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2013 17:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |