إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ərəfə gününün əməlləri

 

Ərəfat hacıların ərəfə günü (9 Zilhəccə) orada dayandıqları, dua və ibadət etdikləri yerin adıdır. Hacılar günorta və əsr namazlarını qıldıqdan sonra Məkkəyə qayıdırlar. Bu günün adlandırılması ilə əlaqədar bildiriblər ki, Cəbrayıl həcc mərasimləri zamanı İbrahimi (ə) öyrədirdi, Ərəfəyə çatdığı zaman ona dedi ki, “əriftu” (tanıdım), o cavab verdi bəli, elə buna görə də belə adlandırıldı.

9-cu gün ərəfə günü və əzəmətli bayramlardandır. Baxmayaraq ki, bayram adlandırılmamışdır. Ərəfə bir gündür ki, Allah-taala bəndələrini ibadət və itaətə çağırır və öz ehsan və bərəkət sürfələrini onlar üçün açır. Şeytan bu gündə daha zəlil, daha alçaq və qovulmuşdur və hər zaman olduğundan daha qəzəbli olur.

Ərəfat və Məşər - təfəkkür məkanı

Qurban bayramından bir gün əvvəl

Ərəfat və Məşər insanın özünü tanıması üçün ən uğurlu yerdir. İnsan dünya ləzzətlərindən məhrum bir halda bu həyatın yalnız Allaha xatir çəkilən əziyyətlərdən ibarət olduğunu, həqiqi səadətin isə yalnız bu cür kəşməkəşli həyatdan sonra olacağını anlayır... [davamı...]

Bu gün üçün əməllər zikr olunub:

1. Qüsl

2. İmam Hüseynin (ə) ziyarəti

3. Əsr namazından sonra Ərəfə dualarını oxumağa başlamamışdan öncə iki rükət namaz qıla, Allah-taalanın yanında öz günahlarını etiraf edə ki, Ərəfənin savabını qazansın və günahları bağışlansın.  Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur.

4. Oruc tutmaq.

5. Həzrət Məhəmmədin (s.a.a.s) Ərəfə günündəki zikrlərini oxumaq : [Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.]

6. Ümm-Davud duasını oxumaq

7. İmam Hüseynin (ə) Ərəfə günündəki duasını oxumaq

8. Ərəfə gününün sonunda bu dua oxunsun:

یا رَبِّ اِنَّ ذُنُوبى لا تَضُرُّکَ وَاِنَّ مَغْفِرَتَکَ لى لا تَنْقُصُکَ فَاَعْطِنى ما لا یَنْقُصُکَ وَاغْفِرْ لى ما لایَضُرُّکَ "

[Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.]

اَللّهُمَّ لا تَحْرِمْنى خَیْرَ ما عِنْدَکَ لِشَرِّ ما عِنْدى فَاِنْ اَنْتَ لَمْ تَرْحَمْنى بِتَعَبى وَ نَصَبى فَلا تَحْرِمْنى اَجْرَ الْمُصابِ عَلى مُصیبَتِهِ"

[Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.]

9. Məşlul duasını oxumaq

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2013  05:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!