|
• DünyadaDövlət Komitəsinin sədrinin İran İslam Respublikasına rəsmi səfəri başlayıb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İran İslam Respublikasının İrşad Nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb. Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulmuşdur. E. İskəndərovun səfər çərçivəsində İran islam Respublikasının Mədəniyyət və İrşad naziri Əli Cənnəti, Xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcəkdir. Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azerbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulmuşdur.
DQİDK mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2013 16:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |