إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londondakı məscidi ultraortodoksal yəhudilər qoruyacaq

Londonda Stamford Hill rayonunda yerləşən müsəlman məscidinin mühafizəsini ortadoksal yəhudilərdən ibarət könüllü dəstə üzvləri öz üzərinə götürüb. Ultraortodoksal yəhudilərdən ibarət "Şomrim" könüllülər dəstəsi müsəlman məscidini Britaniyanın ultrasağçı qruplarının hücumlarından qoruyacaq.

Şimali London müsəlman icmalarının rəhbəri Munaf Ziinanınn verdiyi məlumata görə, dəstə məscidə qarşı hücumların qarşısını ala biləcək qədər güvvətli və hazırlıqlıdır. Onlar həmçinin məscidin ətrafını patrul edərək şübhəli şəxs və ya maşın gördükdə dərhal polisə xəbərdarlıq edəcəklər.

Qeyd edək ki, bir çox ultraortadoksal yəhudilər İsrail rejimini qəbul etmir və müsəlmanları özlərinə yaxın bilirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2013  19:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!